Türkiyənin İstanbul şəhərində küçənin ortasında qadın təcavüzə məruz qalıb.
AZXEBER.COM Lent.az-a istinadla bildirir ki, hadisə şəhərin Maltəpə adlanan ərazisində baş verib.
Küçədə 25 yaşlı tələbə qızı izləyən 26 yaşlı Bahəddin. Ç qəflətən paltarlarını çıxaraq, ona arxadan sarılıb. Daha sonra hər ikisi yerə yıxılıb və Bahəddin. Ç qızın paltarlarını çıxarmağa çalışıb.
Lakin ətrafdakıların müdaxiləsi nəticəsində cinayətkar paltarlarını geyinərək avtobusa minib. Polis əməkdaşları avtobusu saxlayaraq, onu tutublar.
Bahəddin. Ç polis idarəsində törətdiyi əməli etiraf edib və qızdan xoşu gəldiyini bildirib.