AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, əsasən biznes mərkəzlərinin yerləşdiyi bu ərazidə boş park yeri tapmaq müşkülə çevrilib. Səbəb isə bəzi şəxslərin bu küçəni faktiki olaraq "açıq səma altında avtosalona" çevirməsidir.
Elə çəkiliş zamanı Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək dərhal tədbirlərə başlayıb. Qanunsuz park edilən, nömrəsi çıxarılan maşınlara protokollar tərtib edilib, bəziləri isə evakuatorla duracağa aparılıb.
Ərazidəki xaotik vəziyyətin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə və hüquqi şəxslərə xəbərdarlıq edib:
Qeyd edək ki, Nadir Əliyev küçəsində nizam-intizam bərpa edilsə də, bu cür profilaktik tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Məqsəd bənzər halların qarşısını birdəfəlik almaq və hər bir hərəkət iştirakçısının rahatlığını təmin etməkdir.










































