Küçənin ortasında oğlunu döyən anaya “ilin anası” adı - VİDEO + FOTO

DÜNYA
00:40 02.05.2015
3354
ABŞ-ın Baltimor şəhər sakini iğtişaşlarda iştirak etdiyi üçün küçənin ortasında oğlunu döyərək cəzalandırıb.Qadın televizorda yeniyetmə oğlunun polislərə daş atdığını görüb. Bundan sonra o küçədə oğlunu tapıb və onun başına-başına vurmağa başlayıb. Cavan oğlan anasından qaçmağa çalışsa da bunu bacara bilməyib.Hadisə sosial şəbəkədə yayıldıqdan sonra böyük reaksiyaya səbəb olub. Bir çox istifadəçilər qeyd ediblər ki, amerikalı "ilin ana"sı adına layiqdir.Sosial şəbəkədə yayılmış videonu şəhər polisinin komissarı Entoni Batts keçirdiyi mətbuat konfransındaşərh verib. "Mən istəyərdim ki, öz uşaqlarını nəzarət altına alan daha çox belə valideynlər olsun”.Qeyd edək ki, ABŞ-ın Baltimor şəhərində 6 polis qaradərili Freddi Qreyin qətlə yetirilməsində ittiham olunurlar. Bununla əlaqədar şəhərdə iğtişaşlar baş verib.//anspress
OXŞAR XƏBƏRLƏR