Kuleba G7 ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək

Kuleba G7 ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək
DÜNYA
18:36 24.01.2023
176
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu gün G7 ölkələrinin və bu koalisiyaya daxil olan digər dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Bu barədə "RBC-Ukraina" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirlərin görüşündə xüsusilə Ukraynanın enerji sisteminin bərpasına konkret praktiki töhfələr diqqət mərkəzində olacaq.

D.Kulebanın ABŞ dövlət katibi Entoni Blinken və Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşinin dəvəti ilə iclasda iştirak edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR