"Donbass uğrunda döyüş böyük əməliyyat manevrləri, minlərlə tank, təyyarə və zirehli texnika ilə İkinci Dünya Müharibəsini xatırladacaq".
AZXEBER.COM xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba həmçinin müttəfiqlərini yaxın günlərdə Ukraynaya yardım etməyə çağırıb.
O bildirib ki, müttəfiqlər indi Ukraynaya kömək etməlidir, çünki sonra çox gec olacaq və daha çox insan öləcək.