Ukrayna xarici işlər naziri Dmitri Kuleba bütün ölkələrin parlamentlərinə çağırış edib.
AZXEBER.COM xəbər verir ki, NAZİR bu barədə "Twitter"də paylaşım edib.
"Mən bütün xalqların parlamentlərini Qolodomoru - Stalinin 1932-1933-cü illərdəki süni aclığını Ukrayna xalqının soyqırımı kimi tanıyaraq Ukraynanı dəstəkləməyə çağırıram. Noyabrda Qolodomorun 90 illiyini qeyd edəcəyik. Rusiyanın növbəti soyqırımı törətdiyi bir zamanda bu tanınma çox vacibdir", - Dmitri Kuleba vurğulayıb.