Külək Azərbaycanda orta məktəbin damını uçurdu

Külək Azərbaycanda orta məktəbin damını uçurdu
Bütün Xəbərlər
11:38 18.03.2014
615
Şabran rayon hakimiyyəti fəsadların aradan qaldırılması üçün sakinlərin onlara müraciətini gözləyir
Ötən gün ölkə ərazisində əsən güclü külək şimal bölgəsində ciddi ziyan vurub. Zərərçəkənlərin ANS PRESS-ə verdikləri məlumata görə, güclü külək Şabran rayonunda Ağalıq kəndində çadırda yaşayan ailəyə qorxulu anlar yaşadıb.
Belə ki, şiddətli külək nəticəsində yaxınlıqda olan irigövdəli çinar ağaclarının budaqları sınıb və çadırın üzərinə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibi Rövşən Quliyevin sözlərinə görə ötən il baş verən zəlzələ nəticəsində onların evlərinə ciddi ziyan dəyib nəticədə dəymiş ziyanın aradan qaldırılması üçün 2 ildir ki, çadırda yaşayırlar. R. Quliyev bildirib ötən gecədən Rayon Fövqəladə Hallar Komissiyasına müraciət etmələrinə baxmayaraq onların şikayətləri ilə hələ ki maraqlanan olmayıb: “Burada yaşamaq çox təhlükəlidir. Niyə gəlib maralanmırlar. Gəlib bu iri çinar ağaclarını kəssinlər. Evlərin tikintisinin başa çatmasına baxmayaq bizə evə köçməyə icazə vermirlər”.
Şiddətli külək Şabran rayonun mərkəzində yaşayan Məcidov Hümbətin evinə də ciddi ziyan vurub. M. Hümbətin sözlərinə görə, külək oların evlərinin damını uçurub və evdə təhlükəli vəziyyət yaranıb.
O, qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar olaraq Şabran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hələ ki, şikayətə baxanın olmadığı bildirilir.
Külək Quba ronunda yerləşən evlərə də ciddi ziyan vurub. Rayonun mərkəzində yaşayan Əliyev Qulu Əliağa oğlununa məxsus evin damını külək aparıb. Q. Əliyev yaranan problemlə əlaqədar olaraq Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən isə ona məsələ ilə əlaqədar olaraq Komissiya yaradacaqlarını və evə dəyən ziyanın müəyyən ediləcəyini bildiriblər.
Şabran rayon İcra Hakimiyyətindən isə edilən şikayətlərə cavab gecikməyib. Rayon İcra başçısının müavini İsrafil Mikayılov ANS PRESS-ə açıqlamasında güclü külək nəticəsində Şabran rayonunda yerləşən Uşaq Dünyası binasının və 1 saylı Şabran rayon orta məktəbinin damı uçub. Onun sözlərinə görə, hazırda fəsadın aradan qaldırılması iştiqamətində işlər görülür. İ. Mikayılov həmçinin qeyd edib ki, rayon sakinləri külək nəticəsində onlara dəyən ziyan barəsində İcra Hakimiyyətinə müraciət etməyiblər: “Müraciət etsələr biz dəymiş ziyanı araşdırmağa hazırıq”.
OXŞAR XƏBƏRLƏR