Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, yol bağlanıb - FOTO

SOSİAL
21:36 06.02.2020
2666
Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.
 

 


OXŞAR XƏBƏRLƏR