Küləkli hava bu tarixədək davam edəcək

Küləkli hava bu tarixədək davam edəcək
SOSİAL
09:50 11.09.2023
157
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sentyabrın 10-u saat 21:00-a olan məlumata əsasən, Astara, Lənkəran, Yardımlı, Lerikdə arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 26-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti sentyabrın 11-i səhərədək davam edəcək.
OXŞAR XƏBƏRLƏR