Küləkli hava neftçilərin işinə necə təsir edib? - AÇIQLAMA

Küləkli hava neftçilərin işinə necə təsir edib? - AÇIQLAMA
SOSİAL
11:12 11.11.2021
250
Hava şəraitinin kəskinləşməsi ilə bağlı bədbəxt hadisələrin qarşısını almaq üçün, bir qayda olaraq, qabaqlayıcı tədbirlər görülür.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, şiddətli külək müşahidə olunduğu zaman açıq səthlərdə aparılan işlər dayandırılır:

"Dünən həm də 70 əməkdaşımız dənizdəki iş yerlərindən müvəqqəti çıxarılıb. Hazırkı məlumata görə, dünəndən etibarən müşahidə olunan kəskin hava şəraiti nəticəsində əməkdaşlarımıza hər hansı ziyan dəyməyib. Digər tərəfdən, təhlükəsizlik şəraitinin uzunmüddətli gücləndirilməsi üçün bütün dəniz obyektlərində daim təmir-bərpa işləri aparılır, platformaların dayaqları bərkidilir və onların istismar müddəti artırılır”.

O bildirib ki, əməkdaşların fərdi təhlükəsizlik qaydalarına daha dəqiq riayət etməsi üçün son dövrlərdə nəzarət gücləndirilib və əməyin mühafizəsi üzrə nəzarəti daha effektli şəkildə təmin edən struktur bölmələri yaradılıb:

"Görülən uzunmüddətli işlərin nəticəsidir ki, son dövrlərdə hava şəraiti kəskinləşəndə nisbətən az sayda işçilərin təxliyəsinə ehtiyac yaranır. Bəzi hallarda isə, hava şəraiti şiddətlənəndə belə təxliyə üçün ehtiyac  yaranmır. Görülən uzunmüddətli və qısamüddətli qabaqlayıcı tədbirlər hasilatla bağlı əməliyyatların davam etdirilməsi və hasilat tempinin sabit saxlanılması üçün şərait yaradır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21:00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,4 metrə çatıb.

Küləkli hava şəraitinin noyabrın 12-dək davam edəcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR