Küləkli hava şəraiti gecə saatlarınadək davam edəcək - FAKTİKİ HAVA

Küləkli hava şəraiti gecə saatlarınadək davam edəcək - FAKTİKİ HAVA
SOSİAL
16:32 03.01.2024
375
Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

"Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb".
O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək: "Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub qərb küləyi əsəcək".
OXŞAR XƏBƏRLƏR