Küləkli və yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Küləkli və yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
SOSİAL
10:29 25.07.2023
153
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR