Kuman “Barsa”dan qovulacaq: “Laporta mənə heç nə deməyib”

Kuman “Barsa”dan qovulacaq: “Laporta mənə heç nə deməyib”
İDMAN
19:38 01.10.2021
458

"Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın uğursuz çıxışından sonra ortaya atılan istefa iddialarına münasibət bildirib.

O, bu barədə klub prezidenti Joan Laporta ilə danışmadığını qeyd edib.

"Klub rəhbərliyi mənə heç nə deməyib. Prezidentin səhər saatlarında burada olduğunu eşitdim. Ancaq onunla danışmamışam. Bilirəm ki, indi mənim barəndə qərar verilməsi haqqında çoxlu informasiyalar çıxır. Ancaq o mənə heç nə deməyib”, - deyə R.Kuman bildirib.

Qeyd edək ki, klub rəhbərliyinin Kumanın istefası barədə oktyabrın 2-də "Atletiko” ilə qarşılaşmadan sonra açıqlama verəcəyi iddia olunur.


OXŞAR XƏBƏRLƏR