Kür çayında iki yeniyetmə batdı

Kür çayında iki yeniyetmə batdı
SOSİAL
16:18 21.06.2019
3191
Kür çayında iki yeniyetmə batıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində 2 nəfər batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

APA-nın əldə etdiyi məlumata görə, batan şəxslərdən birinin 13, digərinin 17 yaşı var.
OXŞAR XƏBƏRLƏR