Kür çayında naməlum kişi meyiti tapıldı

Kür çayında naməlum kişi meyiti tapıldı
SOSİAL
15:53 06.09.2018
2910
Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR