Kürdə 18 yaşlı oğlan batıb

KRİMİNAL
17:05 05.06.2020
2077

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM report-A istinadən verdiyi məlumata görə, hadisə rayonun Hazırkı kəndi ərazisində qeydə alınıb.

 

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Röyal Rafiq oğlu Mirağazadə çayda çimərkən batıb. R.Miağazadə ilə birlikdə çayda çimən bir neçə həmyaşıdı onu çıxarmaq istəsələr də çayın axınının nisbətən sürətli olan hissəsində çimdikləri üçün gəncin həyatını xilas edə bilməyiblər. 

Onun axtarışları yerli sakinlər tərəfindən davam etdirilir.

OXŞAR XƏBƏRLƏR