Kürdə batan 30 yaşlı şəxsin meyiti sudan çıxarıldı

Kürdə batan 30 yaşlı şəxsin meyiti sudan çıxarıldı
SOSİAL
18:56 04.10.2021
334
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1991-ci il təvəllüdlü Musayev Mehdi Nazim oğlunun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR