Kürdə boğulan gənc şarı tutmaq istəyərkən batıb - Detallar

Kürdə boğulan gənc şarı tutmaq istəyərkən batıb - Detallar
SOSİAL
20:49 12.08.2026
146
Mingəçevirdə dənizdə batan Təhməz Abdullayev Naxçıvan Dövlət Universitetinin məzunu imiş. 

AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ailənin dostu Sərvər Əliyevin sözlərinə görə, əslən Gədəbəy rayonundan olan 2005-ci il təvəllüdıü Təhməz Abdullayev  Naxçıvan Dövlət Universitetindən məzun olduqdan sonra Gəncədəki ali məktəblərdən birinin magistratura bölməsinə qəbul olunubmuş. 

Ailədə iki qardaş, bir bacıdırlar. 

Əldə etdiyimiz məlumata görə, o, Mingəçevirə çimərliyə istirahətə, həm də dostlarından birinin ad gününü qeyd etməyə gəlibmiş.

Qeyd edək ki, Təhməz çimdiyi zaman əlində şar olub. Şar suda əlindən çıxarkən onu tutmaq üçün üzməyə başlayıb və batıb. 

Hazırda onun axtarışları davam edir
OXŞAR XƏBƏRLƏR