Kürdə iki nəfər batdı

SOSİAL
21:27 19.02.2025
228
Kür çayının Samux rayonu ərazisinə düşən hissəsində iki nəfər batıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraağaclı kəndində qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Batan şəxslərin axtarışları davam edir. Onların balıqçı olduğu ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR