Kürdə meyiti tapılan şəxsin kimliyi məlum oldu

Kürdə meyiti tapılan şəxsin kimliyi məlum oldu
SOSİAL
12:44 15.08.2024
106
Dünən Tovuz rayonunda Kür çayında tapılan meyitin kimə məxsus olması dəqiqləşdirilib.

AZXEBER.COM xəbər verir ki, meyiti tapılan 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğludur.

Qeyd edək ki, T.Quliyevin olduğu avtomobil iyunun 2-si qəzaya uğrayaraq Kür çayına düşüb.
 
Nəticədə avtomobildə olan şəxslərdən 3-ü ölüb. Onlardan birinin axtarışı hələ də davam edir.
OXŞAR XƏBƏRLƏR