Son iki ayda Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.
Qeyd olunub ki, vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsə də, çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.
Mütəxəssislər hesab edirlər ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edə bilər.