Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib - VİDEO

Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib - VİDEO
SOSİAL
20:28 01.09.2020
648

Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib.

AZXEBER.COM report-a istinadən məlumatına görə, məqsəd velosiped istifadəçilərinin tam şəkildə yol hərəkəti qaydalarına riayət etməsi və eləcə də piyadaların piyada keçidindən düzgün istifadə etməsinə nəzarətin gücləndirilməsidir.

DYP əməkdaşları velosipedçilərlə profilaktiki söhbətlər aparıb və onlara qaydalara ciddi şəkildə riayət etməsini məsləhət görüb.

Eyni zamanda hər bir velosiped istifadəçisinə və piyadalara koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylanılıb.

Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR