Kürdəmirdə məhkəmə sədri vəfat etdi

Kürdəmirdə məhkəmə sədri vəfat etdi
13:05 26.12.2025
148
Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat edib.

AZXEBER.COM Gununsesi.info-ya istinadla xəbər verir ki, 55 yaşlı hakimin onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi deyilir.

Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.

O, 2007-11-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-25 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR