Kürdəmirdə 1 yaşlı uşaq qəfil vəfat etdi

SOSİAL
16:39 23.12.2024
132
Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib.

AZXEBER.COM "Publika.az”a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib.

2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb.

Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə alınmışdı.

OXŞAR XƏBƏRLƏR