Kürdəmirdə 960 şagird yerlik yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

İQTİSADİYYAT
17:35 12.02.2020
6884
Prezident İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:27 16.07.2020

Rusiya XİN: Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik

18:06 16.07.2020

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edildi- FOTO

18:04 16.07.2020

"Düşmənin 20-yə yaxın canlı qüvvəsi məhv edilib" - Müdafiə Nazirliyi

17:51 16.07.2020

"PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var" - Müdafiə Nazirliyi

17:48 16.07.2020

Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdilər

17:46 16.07.2020

Bu gün şəhid olan əsgərimizin - FOTOLARI

17:41 16.07.2020

Azərbaycan ordusunun daha bir əsgəri şəhid oldu - RƏSMİ

17:38 16.07.2020

Ermənilər Dondar Quşçuda evə mərmi atdılar - FOTOREPORTAJ

17:36 16.07.2020

Ermənilər Tovuzdakı mövqelərimizi atəşə tutur

17:28 16.07.2020

Prezident Qarabağ münaqişəsindən danışdı: "Mənasız videokonfranslar keçirmək fikrində deyilik"

17:25 16.07.2020

Gürcüstanın XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır”

17:25 16.07.2020

İlham Əliyev: Azərbaycan xalqının səbrinin həddi var

17:22 16.07.2020

“Fiaskoya uğramış ideyaların danışan şəkli” - Tovuzdan reportaj

17:08 16.07.2020

Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi

17:01 16.07.2020

Azərbaycan Prezidenti: "ABŞ-la münasibətlər çox yaxşı səviyyədədir"

16:58 16.07.2020

Prezident “Böyükşor” yarımstansiyasının açılışını etdi - FOTOLAR

X Mostbet