Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu

Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu
SOSİAL
22:57 22.02.2026
801
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR