Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb. AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb. Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.