Kürdəmirdə avtomobil yanıb - VİDEO

Kürdəmirdə avtomobil yanıb - VİDEO
HADİSƏ
12:35 22.03.2026
130
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MERCEDES” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR