Kürdəmirdə əməliyyat: Sakinləri təşvişdə saxlayan maskalı dəstə ələ keçdi

Kürdəmirdə əməliyyat: Sakinləri təşvişdə saxlayan maskalı dəstə ələ keçdi
SOSİAL
17:40 11.10.2017
1522
Kürdəmirdə törədilmiş quldurluq cinayətinin üstü açılıb.
 
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 23-də Kürdəmir rayonunda mənzillərdən birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gecə saat 3:00 radələrində 2 maskalı şəxsin Yenikənd kəndindəki mənzillərdən birinə girərək, ev sahibini döydüyü və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparması məlum olub.

Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Səfail Yunusov saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Baxış zamanı onun yaşadığı evin həyətindəki ağacın altında bankada basdırdığı oğurluq qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. S.Yunusov cinayəti tamah məqsədi ilə törətdiyini etiraf edib.

İlkin təhqiqat zamanı onun quldurluq hadisəsini həmyerlisi Rahim Mirzəyevlə birgə törətdiyi, oğurladıqları pulları və qızıl-zinət əşyalarını isə aralarında böldükləri müəyyən edilib.

Araşdırmalar zamanı o da məlum olub ki, R.Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb. Bu şəxs cari il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovu qətlə yetirdiyinə görə avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində aşkar edilərək, maddi sübut kimi götürülüb.

R.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. İndi R.Mirzəyev həm də quldurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. S.Yunusov həmin cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb