Kürdəmirdə ev yanaraq külə döndü

Kürdəmirdə ev yanaraq külə döndü
SOSİAL
21:45 28.01.2026
628
Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR