Kürdəmirdə iki avtomobil toqquşdu: ölən və yaralananlar var

Kürdəmirdə iki avtomobil toqquşdu: ölən və yaralananlar var
SOSİAL
16:25 13.04.2020
1650
Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində "BMW" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 11-də saat 18 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində Topalhəsənli kənd sakini R.İsmayılovun idarə etdiyi "BMW" və Qaraqocalı kənd sakini Rafət Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə R.Kərimov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR