Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
***
saat 07.14
Xəbər verdiyimiz kimi, Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.
Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da digər məclisdə iştirak ediblər.
***
05:37
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonda keçirilən məclisdən sonra baş verib.
10-dan çox şəxs zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların şəxsiyyətləri müəyyən edilib:
- Ümüd İlkin oğlu Səlimli
- Firuzə Şaxtalı qızı Şirəliyeva
- Aydan Məmməd qızı Şirəliyeva
- Könül İlqar qızı Məmmədova
- Səadət Mehrab qızı Orucova
- Mübariz Ənnağı oğlu Şəmiyev
- Samirə Qara qızı Şəmiyeva
- Ramil Möhkəm oğlu Məmmədov
- Ümid Mübariz oğlu Şəmiyev
- Xatun Mübariz qızı Şəmiyeva
- Qurban Nizami oğlu Əsgərli
- Sultanlı Sehrayə İntiqam qızı
Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub, araşdırma aparılır.