Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlandı

Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlandı
SOSİAL
22:25 14.04.2020
1253
Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, Kürdəmir rayonunda bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinib.
 
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mollakənd kəndində xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkar ediblər.

Həmin kafenin sahibi 1958-ci təvəllüdlü Hacıyev Xanəhməd İman oğlu polis şöbəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan Xanəhməd Hacıyev barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, 100 manat məbləğində cərimə edilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR