Kürdəmirdə qəza: Xəsarət alan var

Kürdəmirdə qəza: Xəsarət alan var
SOSİAL
22:13 09.09.2023
276

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.media-nın məlumatına görə, hadisə rayonun Bakı prospektində baş verib. 

Belə ki, "Toyota” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən, VAZ-2107 markalı avtomobil arxadan ona çırpılıb.  
Qəza nəticəsində bir nəfər xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR