Kürdəmir rayonunda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında Bakl-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
"Opel” markalı avtomobilin sürücüsü, 25 yaşlı Quliyev Ceyhun Nəsimi oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb.
Avtomobildə olan digər şəxs, 61 yaşlı Quliyev Rəfael Şahmalı oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.