Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var
SOSİAL
12:37 16.07.2023
185

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, hadisə zamanı 2 VAZ 2107 markalı avtomobilin sürücüləri rayonun Ərşəli kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Mübariz Özbək oğlu və rayonun Xınıslı kənd sakini 61 yaşlı Məmmədov Nizami Dədəxan oğlu idarəetməni itiriblər və nəqliyyat vasitələri toqquşub.

Nəticədə sürücü 1962-ci il təvəllüdlü Məmmədov Mübariz Özbək oğlu və sərnişin 1992-ci il təvəllüdlü Əliyeva Aygün Yusif qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR