Kürdəmirdə baş verən ağır qəzada ölən sürücünün kimliyi məlum olub.
AZXEBER.COM "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, bu rayonun Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şahin oğludur.
Qeyd edək ki, "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib.
Fakt araşdırılır.