Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialı növbəti dəfə yayımlandığı telekanalı cərimə ödəməyə məhkum etdirdi. Məlumata görə, serialın 22 noyabr 2012-ci il tarixdə nümayiş olunan 171-ci seriyasınını son səhnəsi RTÜK (Radio Televiziya Ali Şurası) tərəfindən “ağlın hüdudlarını zorlayan, həddindən artıq zorakılıq” kimi qiymətləndirilib. Şura bu səbəbdən “ATV” telekanalını 267 000 lirə (116 225 manat) cərimələyib.Qeyd edək ki, bu səhnədə Suriyada rejim tərəfdarlarının sorğulama vaxtı öz adamlarına işgəncə etdikləri, şəxsin dilinin kəlbətinlə bayıra çıxararaq qılıncla kəsdikləri, qanın Bəşər Əsədin portretinə sıçradığı göstərilib. Bundan başqa həmin səhnədə dili kəsilən şəxs qılıncla öldürülür, azyaşlı uşaqların isə öldürülməsi əmri verilir.