Kurtlar Vadisi Pusu: Polat Alemdarın “Hizbullahçı”lara cavabı - VİDEO

MARAQLI
10:23 25.01.2011
2139

Ötən seriyada Polat Alemdar “Hizbullah” qruplaşması üzvlərinin əlinə keçmişdi. Yeni seriyada Ersoy Ulubeylə əlaqə saxlayan “Hizbullah”çılar Polat Alemdarın əllərində olduğunu deyirlər. Ersoy isə onun öldürülməsi əmrini verir. Bunun ardınca silah səsi eşidilir.

Yeni seriyada diqqətçəkən məqamlardan daha biri Polat Alemdarın “Hizbullah” dəstəsinin başçısı ilə dialoqudur. “Allahın hökmü ilə hərəkət etməyənlər kafirdir, bütün kafirlər bizim düşmənimizdir” sözünə Polat Alemdar “Maidə” surəsinin 44-cü ayəsi ilə cavab verir: “İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”

OXŞAR XƏBƏRLƏR