‘Kurtlar Vadisi Pusu’da şok yenilik

MARAQLI
12:19 20.02.2013
3270

Türkiyənin ən populyar teleseriallarından biri "Kurtlar Vadisi Pusu" serialında tamaşaçıları yenilik gözləyir.

Serialı çəkən "Pana Film" studiyası yeniliyin təfərrüatlarını açıqlamasa da, onun "şok" olacağını bəyan edib. Serialın yeni seriyalarından birində ssenarinin kəskin dəyişikliyi nəzərdə tutulur. Dəyişikliyin nədən ibarət olacağı bildirilməsə də, onun 191-196-cı seriyalar arasında reallaşdırılacağı vurğulanır.

O da vurğulanıb ki, yeniliklə bağlı artıq Yaxın Şərq ölkələrindən birində səhnələrin çəkilməsinə başlanıb. Həmin ölkə Fars Körfəzindəki dövlətlərdən biridir.

Çəkilişlərə ABŞ-ın məşhur kinostudiyalarından birinin texnikləri, kaskadyorları və kompüter qrafikası mütəxəssisləri də cəlb olunublar. Həmin səhnələrin çəkilişinə minimum 3 milyon dollar sərf olunacağı da deyilir. (milli.az)

OXŞAR XƏBƏRLƏR