Beren Saatın yanvar ayında vizyona girəcək “İntikam” serialı əvvələr də rol aldığı "Aşk-ı Memnu" və "Fatmagülün Suçu Ne?" serialları kimi cümə axşamı Kanal D-də yayımlanaraq "Kurtlar Vadisi"-nə rəqib olacaq.
AZXEBER.COM-un məlumatına görə, Amerikanın ABC kanalında yayımlanan "Revenge" serialının yerli versiyasında baş rol öhdəliyini üzərinə götürən Beren Saatın partnyoru isə, hər kəsin “Başka dildə aşk” filmindən tanıdığı Mert Fırat olacaq.
Serialın ilk bölümündə Beren Saat Əfsun adı ilə təmiz ürəkli və çox gözəl bir qız kimi qələmə verilsə də onun göründüyü kimi olmadığı qısa müddət sonra ortaya çıxacaq. Böhtana uğradıqdan sonra həbs olunan, ardından isə öldürülən atasının intiqamını almaq üçün 17 il sonra hadisələrin yaşandığı yerə gələn Əfsun mükəmməl bir planı həyata keçirməyə çalışacaq və düşmən ailənin oğlu Kərəmlə eşq yaşayacaq. Qeyd edək ki, serialda Beren Saatın öhdəliyinə kifayət qədər döyüş səhnələri düşür. Gözəl aktrisanın məhz bu cür səhnələrdə müvəffəqiyyətli olub-olmayacağı isə hələki sual altındadır.
Qumru