“Kurtlar Vadisi Pusu”ya sürpriz transfer

MAQAZİN
10:41 15.07.2014
1151
Türkiyənin məşhur teleserialı "Kurtlar Vadisi Pusu"nun yaradıcı heyətində dəyişiklik baş verib.ANS PRESS-in məlumatına görə, Türkiyədə, eləcə də Azərbaycanda geniş izləyici kütləsi olan "Kurtlar Vadisi Pusu" teleserialının yeni mövsüm üçün yeni rejissoru müəyyənləşib."Pana Film"də Şaşmaz qardaşlarının yollarını ayırmasından sonra serialın da rejissoru heyətdən ayrılmışdı. Bir müddət öncə isə əvvəllər də serialda rejissorluq etmiş Sərdar Akarın gələcəyi deyilsə də, bu məlumat doğru çıxmayıb. Belə ki, Onur Tanın boş qalan yerinə Doğan Ümid Karaca adlı rejissor gələcək.O, "Behzat Ç." serialının I və II mövsüm çəkilişlərində Sərdar Akarın köməkçisi olub.Hazırda Sərdar Akarın isə serialın istehsal şirkəti olan "Pana film"də əsas rejissorluq kürsüsünə əyləşib. Onun burada başqa bir çəkiləcək seriala diqqət ayıracağı bildirilir.
OXŞAR XƏBƏRLƏR