AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, Yusif Xaşalov ailəsinin qəhramanı olmağı seçdi.
O, universitet auditoriyalarında deyil, şəhərin küçələrində böyüdü. Çiynində çanta, ürəyindəki arzularla hər gün yol gedir. Kuryer kimi qazandığı hər qəpiyini özünə deyil, qardaşı İsmayıl Xaşalovun təhsilinə xərcləyir. Bəzi insanlar öz gələcəyini deyil, sevdiklərinin gələcəyini qururlar. Və dünyanın ən ağır yükü bəzən çiyində daşınan sifariş deyil, ürəkdə daşınan ümidlər, arzular olur.
İsmayıl Xaşalov artıq məzundur...











































