İngiltərədə Rid Vişhusen adlı şəxs qətliam planlaşdırmaqda günahkar bilinərək həbs edilib.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, İngiltərənin Somerset bölgəsində polis aldığı xəbər əsasında mağazada işləyən Rid Vişhusen və atasının yaşadığı evə gedib.
Polis əməkdaşları evdə axtarış apararkən bir neçə silah aşkar ediblər.
Bu arada Vişhusen hamamda intihara cəhd edib.
İntiharın qarşısı alınarkən Vişhusen polisə doğru qaçmağa başlayıb.
Polisin xəbərdarlığına məhəl qoymayan Vişhusenə atəş açılıb və o ayağından güllə yarası alıb.
Şübhəlinin evində aparılan araşdırma zamanı keçmişdə ona zülm etdiyinə inandığı 10 nəfərin öldümünü planladığına dair qeydlər tapılıb.
Qeydlər arasında məhkumun iki polis binasına bomba ilə hücum edəcəyinə dair ifadələr yer alıb.
Mikayıl