Küveyt mediası: "Siz Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz?”

Küveyt mediası: "Siz Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz?”
SİYASƏT
20:50 02.05.2021
587
İkinci Qarabağ savaşında  ermənilərin biabırçı məğlubiyyətindən sonra da düşmən ölkə təxribatlar törətməkdən çəkinmir, revanş haqqında düşünür. Ancaq Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, hər hansı revaş niyyətinin qarşısı sərt şəkildə alınacaqdır.
  
İşğaldan azad edilmiş ərazilərdə daşı daş üstündə qoymayan ermənilərin növbəti hərbi cinayəti mina xəritələrini verməməsidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox  mülki vətəndaş yaralanıb və həlak olub. 
 
Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti mina xəritələri ilə bağlı Ermənistana təzyiq göstərməyə çağırıb. Ancaq Ermənistan mina xəritələrini verməkdən imtina edir.
 
Artıq dünyanın müxtəlif ölkələrinin dövlət xadimləri, siyasətçiləri, media nümayəndələri mina xəritələrini verməsi üçün Ermənistana çağırış edib.
 
Bu günlərdə Küveyt mediasında da Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə dair məqalə dərc edilib.
 
Məqalə Küveytin bobiannews.net informasiya portalında dərc olunub. 
 
Portalın əməkdaşı Adil Əl-Əzminin qələmə aldığı məqalədə 1990-cı ildə baş vermiş Küveyt müharibəsinin fəsadlarından, müharibə bitdikdən sonra minalanmış ərazilərin yerli sakinlərin həyatına fəlakətlər gətirdiyindən bəhs edilib. 
 
"Qarabağ torpaqlarının azad edilməsindən sonra Azərbaycanın minalardan əziyyət çəkməsi ilə bağlı bu gün gördüklərimiz mənə keçmişdə Küveytdə başımıza gələnləri xatırladır. Minalar ucbatından nə qədər günahsız insanlar həyatını itirdi", məqalədə belə yazılıb.

Müəllif beynəlxalq birliyi mina xəritələri ilə bağlı yolverilməz davranış sərgiləyən Ermənistana təzyiq göstərməyə çağırıb: "İnsan hüquqları ilə maraqlanan hər kəsə, beynəlxalq ictimaiyyətə deyirik ki, siz indi Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz? Necə olar bilər ki, bir insan bir yerdə böyük dəyərə malikdir, digər bir yerdə isə ucuz. Qorxuram ki, insan və günahsız olan hər şeyin öləcəyi gün gələcək!".
 
///Demokrat.az
 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi