Hələ belə olmamışdı: Nikahdan üç dəqiqə sonra boşandılar

Hələ belə olmamışdı: Nikahdan üç dəqiqə sonra boşandılar
DÜNYA
11:58 05.10.2023
1236
Küveytdə cütlük toydan 3 dəqiqə sonra boşanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub.

Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlini lağa qoyması barədə paylaşım edib. O, gəlinin ayağı ilişdiyi üçün onu "səfeh” adlandırıb.

Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi 180 saniyə sonra nikahın pozulduğunu açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR