Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu

MARAQLI
12:40 30.12.2012
1113

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik Günü, həmçinin Yeni 2013-cü il münasibətilə Küveyt Dövlətində yaşayan və işləyən Azərbaycan, vətəndaşları, eyni zamanda Küveyt ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə səfir Tural Rzayev çıxış edərək, iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının həmrəylik Günü münasibətilə müraciəti ilə tanış etmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin AR Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycandaəldə olunmuş sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, gənclər və idman siyasəti, turizm imkanları, münasib investisiya mühiti, neft strategiyası, ümumiyyətlə bütün sahələrdə yüksələn xətt üzrə davamlı inkişaf barədə geniş məlumat vermiş, 2012-ci il ərzində ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır.

Daha sonra, 2012-ci il ərzində səfirliyin fəaliyyəti, həmçinin 2013-ci ildə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə iştirakçılara məlumat vermişdir.

Rəsmi hissədən sonra, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik Günü, Yeni 2013-cü il münasibətilə ziyafət verilmişdir.

OXŞAR XƏBƏRLƏR