Küveytdəki yanğında ölənlərin 40-ı hindistanlı olub

Küveytdəki yanğında ölənlərin 40-ı hindistanlı olub
DÜNYA
12:43 13.06.2024
103
Hindistan Xarici İşlər Nazirliyi Küveytin Manqaf bölgəsində əcnəbi işçilərin qaldığı 6 mərtəbəli binada dünən baş verən yanğında həyatını itirən 49 nəfərdən 40-nın hindistanlı olduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, açıqlamada həyatını itirən Hindistan vətəndaşlarının Kerala və Tamil Nadu əyalətlərindən olduğu, 50 hindistanlının isə yaralandığı bildirilib.
 
Hindistanın baş naziri Narendra Modi yanğından sonra verdiyi açıqlamada həyatını itirənlərin yaxınlarına başsağlığı verib və qeyd edib ki:
"Küveytdə baş verən uğursuz yanğın çox kədərlidir. Yaralıların tezliklə sağalmasını arzulayıram. Hindistan səfirliyi məsələni yaxından izləyir və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb".

Səhər Küveytə yola düşən Hindistan Dövlət Naziri Kirti Vardhan Sinq həyatını itirənlərin şəxsiyyətinin DNT testləri ilə müəyyən edildiyini qeyd edərək:
"Hava qüvvələrinə aid təyyarəmiz hazırdır. Şəxsiyyətlər müəyyənləşdikdən sonra ailələrə məlumat verəcəyik və meyitləri ölkəmizə gətirəcəyik" deyə bildirib.

Binada 196 işçinin olduğunu və onun tutumundan artıq işçinin işlədiyi bildirilib.

Digər tərəfdən, həyatını itirənlər arasında Pakistan, Banqladeş, Filippin və Nepal vətəndaşları da olub.
 
Oksana

OXŞAR XƏBƏRLƏR