Kvaratsxeliya növbəti mövsüm "Napoli"yə keçəcək

Kvaratsxeliya növbəti mövsüm "Napoli"yə keçəcək
İDMAN
19:51 12.04.2022
507
Gürcüstanın "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliya "Napoli"sində davam etdirəcək.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, 21 yaşlı vinger növbəti mövsümdən Neapol təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
 
///Report
OXŞAR XƏBƏRLƏR