KVN-in ilk aparıcısı vəfat etdi

KVN-in ilk aparıcısı vəfat etdi
MAQAZİN
18:21 03.02.2026
632
SSRİ Mərkəzi Televiziyasının aparıcısı və diktoru Svetlana Jiltsova 89 yaşında vəfat edib. 

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Svetlana Jiltsova Albert Akselrod ilə birlikdə aparıcılıq etdiyi KVN proqramının ilk aparıcısı kimi geniş şöhrət qazanmışdı. 

İllər ərzində o, həmçinin "İlin mahnısı", "Səhər poçtu", "Zəngli saat", "Musiqi köşkü", "Məktublarınızla", "Oqonyok" və "Gecəniz xeyirə qalsın, balacalarım" kimi məşhur televiziya layihələrinin siması olub. 

Jiltsova 1993-cü ildə televiziyadan uzaqlaşmışdı. 

Aysel
OXŞAR XƏBƏRLƏR